Borrell: İran öhdəliklərinə əməl etdi, biz yox...

 Borrell: İran öhdəliklərinə əməl etdi, biz yox...

AB Xarici Siyasət İdarəsinin Rəhbəri Avropa tərəfinin nüvə razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyini etiraf edərək İranla danışıqların məhdudlaşmasına çağırıb

Rasthaber  Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef  Borrell bu barədə danışıb.

O "Avropa-Amerika Əməkdaşlıq Şurasının iclasında deyib: Hal hazırda ən vacib və təcili prioritet İranın nüvə razılaşması mövzusudur", -deyə bildirib . 

Borrell həmçinin vurğulayıb ki, ABŞ-ın birtərəfli qaydada nüvə razılaşmasını tərk etdiyi zamana kimi İran bu haqda üzərinə düşən öhdəliklərini tam şəkildə yerinə yetirib.

Borrell daha sonra avropalıların Əhatəli Müştərək Təşəbbüs Proqramında (ƏMTP) götürdükləri öhdəliklərini yerinə yetirmədiklərini və İNSTEKS-in təsirsiz olduğuna da işarə edərək, nüvə razılaşmasının ikitərəfli razılaşma olduğuna təkid edib və onun  yoluna qoyulmasının əhəmiyyətli olduğunu bildirib.

 

Xəbəri paylaş

VİDEOLAR