Borreldən geri addım: "Dediyim sözlərə görə üzr istəyirəm"

Borreldən geri addım:

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrell Avropanı bir bağa, dünyanın qalan hissəsini isə “vəhşi meşəyə” bənzətdiyi şərhinə görə irqçi tənqidlərdən sonra səhv başa düşüldüyünü iddia edərək üzr istəyib.

Az.rasthaber.com xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell keçən həftə verdiyi və irqçilik ittihamları ilə üzləşməsinə səbəb olan açıqlamalarına görə üzr istəyib.

Dünən bloqunda bir məqalə dərc edən Borrell, "Bəziləri metaforanı "müstəmləkə avrosentrizmi" kimi yanlış şərh edib. Bəziləri inciyibsə, üzr istəyirəm, - deyə qeyd edib.

“Bağ-meşə” metaforasının özünün kəşfi olmadığını qeyd edən Borrell, bu cür metaforalara qarşı həssaslığı anladığını ifadə edərək, “Çünki bunları keçmişdə Amerikalı neo-mühafizəkarlar dilə gətirmişdilər, amma mən bu siyasi düşüncələrdən uzağam”, - deyə bildirib.

Qeyd edək ki, İran İslam Respublikası və BƏƏ kimi bəzi müsəlman ölkələri Borrelin irqçi bəyanatına reaksiya verib.

Xəbəri paylaş

VİDEOLAR