Bolton: ABŞ İran qarşısında öz zəifliyini göstərir

Bolton: ABŞ İran qarşısında öz zəifliyini göstərir

Ağ evin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton ABŞ-ın İranla nüvə anlaşmasını “böyük səhv” adlandırıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Bolton keçmiş Prezident Donald Trampın müşaviri olarkən ABŞ-ın İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planından çıxmasının təşəbbüskarı olub, bununla da anlaşma faktiki olaraq pozulub.

Co Bayden Prezident seçildikdən sonra isə ABŞ İranın nüvə proqramı üzrə təmasların bərpa olunmasına dair danışıqlara başlayıb.

“Düşünürəm ki, ABŞ Administrasiyasının 2015-ci il nüvə anlaşmasına qayıtmağı yalvarmaqla İran qarşısında zəiflik nümayiş etdirməsi böyük yanlışlıqdır. Administrasiya Vyanada diz üstə çöküb, anlaşmaya qayıtmaq üçün yalvarıb. Bu isə təkcə İran deyil, bütün dünya qarşısında zəiflik nümayiş etdirtməkdir”, - deyə cənab Bolton CNN telekanalının efirində bəyan edib.

Xəbəri paylaş

VİDEOLAR