Bolnisidə bu gündən karantin rejimi yumşaldılır

Bolnisidə bu gündən karantin rejimi yumşaldılır

Bolnisi rayonunun bir sıra kəndlərində mayın 19-dan etibarən sərt karantin məhdudiyyətləri götürülür.

Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə hökumət qərar qəbul edib.

Qərara əsasən, sabahdan Naxiduri (Arıxlı), Parizi (Muğanlı), Tsurtavi (Kolagir), Daba Tamarisi, Xidiskuri (Həsənxocalı), Muxrana (Daşdıqullar), Balaxauri (Sisqala) və Mtsqneti (Əsmələr) kəndlərində karantin rejimi ləğv ediləcək.

Kəndlərdə mayın 22-dək davam edən fövqəladə vəziyyət rejimi çərçivəsindəki digər məhdudiyyətlər qüvvədə qalacaq.

Qeyd edək ki, Bolnisinin Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri hələ tam təcrid vəziyyətində qalacaq.

Xəbəri paylaş

VİDEOLAR