Boliviyanın yeni prezidentinə qarşı sui-qəsd

Boliviyanın yeni prezidentinə qarşı sui-qəsd

Xatırladaq ki, 18 oktyabrda Boliviyada prezident seçkiləri keçirilib.

Rasthaber xəbər verir ki, naməlum şəxslər dinamitdən istifadə edərək Boliviyanın yeni seçilmiş prezidenti Luis Arseyə qarşı sui-qəsd törədiblər.

Bu barədə ölkənin “Sosializmə doğru hərəkət” siyasi qurumunun mətbuat katibi Sebastiya Miçel məlumat verib.

“Biz Luis Arse ilə görüşümüzün baş tutduğu şəhər kənarındakı evdə dinamit şaşkasının yerləşdirmiş dəstənin hücumunun qurbanı olduq”, – deyə Miçel bildirib.

Onun sözlərinə görə, heç kim xəsarət almayıb. O, həmçinin təhlükəsizliyə görə məsul rəsmilərdən heç birinin sui-qəsdi şərh etməməsinə görə təəssüfünü ifadə edib.

Ehtimal edilir ki, dinamiti partiyanın evinin yaxınlığında keçirilən müxalifət mitinqinin iştirakçıları yerləşdiriblər. Polis araşdırma başladıb.

Xatırladaq ki, 18 oktyabrda Boliviyada prezident seçkiləri keçirilib.

Xəbəri paylaş

VİDEOLAR