Boliviya ABŞ və İsrail vətəndaşları üçün vizasız rejimi ləğv etdi

Boliviya ABŞ və İsrail vətəndaşları üçün vizasız rejimi ləğv etdi

Boliviya İsrail və ABŞ vətəndaşları üçün yenidən viza rejiminin tətbiqinə başlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, dövlət çevrilişindən sonra ləğv edilən viza rejimi fevralın 1-dən etibarən yenidən qüvvəyə minib.

Xatırladaq ki, ABŞ və İsraillə münasibətlərdə viza rejimi Evo Morales hakimiyyətdə olduğu dövrdə Fələstinlə həmrəylik aktı olaraq tətbiq edilib. Lakin 2019-cu ilin noyabrında dövlət çevrilişindən sonra xunta tərəfindən ləğv olunmuşdu.

Xəbəri paylaş

VİDEOLAR