Boeing şirkəti 737 Max təyyarələrinin sınağına başlayır

Boeing şirkəti 737 Max təyyarələrinin sınağına başlayır

Bir çox ölkələr Boeing 737 Max modeli təyyarələrdən imtina etmişdilər.

Rasthaber Azərbaycan bbc-yə istinadən xəbər verir ki, Boeing şirkəti bir neçə qəzadan sonra uçuşlardan çıxarılmış 737 Max təyyarələrinin təhlükəsizlik sınağına başlayır.

Pilotlar və texniki ekspertlər bazar ertəsi başlanması gözlənilən üç günlük test müddətinə start verəcək.

Boeing-in ən çox satılan bu model təyyarəsi ötən il 2 qəza törədərək 346 nəfərin ölümünə səbəb olmuşdu.

Bundan sonra bir çox ölkələr Boeing 737 Max modeli təyyarələrdən imtina etmişdilər.

Ötən il Azərbaycan Hava Yolları bu model təyyarədən 10 ədəd aldığını bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR