BMT Yunanıstan və Türkiyəyə müraciət etdi

BMT Yunanıstan və Türkiyəyə müraciət etdi

Birlәşmiş Millәtlәr Tәşkilatı Şәrqi Aralıq dәnizindә yaşanan gәrginliyin aradan qaldırılması üçün Türkiyә vә Yunanıstana dialoq ilә әlaqәdar çağırış edib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Birlәşmiş Millәtlәr Tәşkilatı Şәrqi Aralıq dәnizindә yaşanan gәrginliyin aradan qaldırılması üçün Türkiyә vә Yunanıstana dialoq ilә әlaqәdar çağırış edib.

BMT Baş katibinin sözçüsü Srefan Dujarik keçirdiyi gündәlik mәtbuat konfransında Yunanıstan ilә Türkiyә arasında  Şәrqi Aralıq dәnizindә yaşanan gәrginliyә görә narahat olduqlarını deyib.

Problemin sülh yolu ilә hәll edilmәsinin BMT Baş katibi Antonio Quterreş üçün kritik әhәmiyyәt daşıdığını vurğulayan Dujarik Türkiyә vә Yunanıstana dialoq ilә bağlı çağırış edib.

Dujarik BMT Baş katibinin gәrginliyin aradan qaldırılması üçün aparılan diplomatik sәylәri dәstәklәdiyini deyib.

Xəbəri paylaş

VİDEOLAR