BMT Yəməndəki bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıb

BMT Yəməndəki bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib ki, Yəməndə humanitar böhranın aradan qaldırılması üçün bütün tərəflər hazırkı atəşkəsə əməl etməlidir.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, BMT-nin xüsusi nümayəndəsi Twitter hesabında etdiyi paylaşımda Yəmənin müvəqqəti paytaxtı Ədənə iki günlük səfəri ilə bağlı məlumat verib.

Qrundberq bildirib ki, Yəməndəki bütün tərəflər “müharibənin mülki şəxslərə təsirini azaltmaq və humanitar yardımın hərəkətliliyini asanlaşdırmaq” üçün mövcud atəşkəs rejimini qorumağa çalışmalıdırlar.

Xəbəri paylaş

VİDEOLAR