Birləşmiş Millətlər Təşkilatının Minalarla Mübarizə Xidmətinin direktoru açıqlamasında Yəmənin Əl-Hudeyda əyalətində mina partlaması nəticəsində 159 nəfərin yaralandığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Almaniya xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin Minalardan Təmizləmə Xidmətinin direktoru İlene Kon cümə axşamı günü deyib ki, minalar bir çox yəmənli ailələri evlərinə, tarlalarına və digər yaşayış vasitələrinə çıxışdan məhrum edib.
Səna Beynəlxalq Hava Limanından ayrılarkən mətbuat konfransında danışan Kon Yəməndə minalardan təmizləmə işlərinin təcili surətdə sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Əl Hudeydə əyalətində son 6 ayda müharibədən qalan mina və bombaların partlaması nəticəsində 159 nəfər yaralanıb, qurbanların yarıdan çoxu qadın və uşaqlardır.