BMT yenidən Süleymani sui-qəsd işinin vərəqlərini açdı: Qanun pozulub...

BMT yenidən Süleymani sui-qəsd işinin vərəqlərini açdı: Qanun pozulub...

BMT-nin xüsusi məruzəçisinə görə Amerika general-leytenant Süleymaninin terror edilməsində məsuliyyət daşıyır

BMT-nin xüsusi məruzəçisi Agnes Kallamard bildirib ki, Amerika general-leytenant Süleymaninin terror edilməsində məsuliyyət daşıyır. O, vurğulayıb: Əgər belə bir hadisə Qərb ölkələri üçün baş versəydi, mütləq hərbi addım hesab olunar və sərt reaksiyaya səbəb olardı.

Kallamard bir daha vurğulayıbd ki, general-leytenant Süleymaninin Amerikanın mövqelərinə qarşı hücum hazırlamaqda olmasına dair heç bir faktiki sənəd mövcud deyildir.

Agnes Kallamard iyulun 9-da öz hesabatını BMT-nin İnsan Haqları Şurasının iclasına təqdim edərək qeyd edib ki,  Amerika General Süleymaninin amerikalıların həyatı üçün təcili və qəti bir təhdid olmasına dair mötəbər bir sənəd təqdim edə bilməyib və bu yüksək rütbəli iranlı rəsminin üçüncü bir ölkədə terror edilməsi beynəlxalq qanunlara və BMT Nizamnaməsinə ziddir.

Kallamard həmçinin son zamanlar Reuters ilə müsahibədə də Amerikanın General Süleymaninin terroru ilə bağlı iddiasını əsassız adlandıraraq, amerikalı terrorçuların bu hərəkətinin beynəlxalq qanunları və BMT Nizamnaməsini pozduğunu bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR