BMT: Yaxın zamanda Yəmənə yardım edilməsə...

BMT: Yaxın zamanda Yəmənə yardım edilməsə...

Bu barədə BMT Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli məlumat verib.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, əgər yaxın zamanda Yəmənə maliyyə yardımı edilməzsə, ölkə çox böyük aclıq təhlükəsi ilə üzləşəcək.

Bununla belə, o, hansı məbləğdə yardımın edilməli olduğunu qeyd etməyib.

“Bizim (ÜƏP) pullarımız bir neçə həftə sonra bitəcək”, – deyə o bildirib və əlavə edib ki, hazırkı mərhələdə Yəmənə iri pul yardımının edilməsindən başqa yol görmür.

Onun sözlərinə görə, 2020-ci ilin ilk yarısı Yəmən üçün “amansız” ola bilər.

ÜƏP-in sentyabrda dərc edilən aylıq hesabatına əsasən, təxminən 21 milyon yəmənlinin (ölkə əhalisinin təqribən 70%-nin) humanitar yardıma ehtiyacı var, 16 milyondan çox insan isə ərzaq çatışmazlığından əziyyət çəkir.

Xəbəri paylaş

VİDEOLAR