BMT və Avropa İttifaqı arasında "miqrant davası"

BMT və Avropa İttifaqı arasında

"Avropa İttifaqı ölkələri öz ərazilərindən miqrantları kütləvi deport edərək və çıxardaraq beynəlxalq öhdəliklərini pozur."

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə BMT-in insan haqları üzrə ali komissarı Mişel Baçelet BMT-in İnsan Haqları Şurasının Cenevrədə keçirilən 45-ci sessiyasının açılışında danışıb.

O xatırladıb ki, Lesbos adasındakı Yunanıstanın ən böyük qaçqın düşərgəsi Moriyanı bürümüş yanğın minlərlə miqrant və qaçqının həyatına ciddi təsir edib.

Ali komissar Aİ-yə üzv ölkələri miqrasiya sahəsində də birgə hərəkət etməyə səsləyib.

Baçelet həmçinin Yunanıstan ərazisindəki qaçqınların Türkiyəyə qovulması ilə bağlı da narazılığını bildirib.

“Aİ ölkələri ərazisindən miqrantların kütləvi deportasiyası və çıxarılması qaçqınlar üçün ağır fəsadlara səbəb olar bilər”, – deyə o xəbərdarlıq edib.

Baçelet miqrant və qaçqınların hüquqlarının pozulması ilə bağlı müstəqil araşdırmanın keçirilməsinə dair çağırış edib.

O xatırladıb ki, ölkələr insanların, onların statuslarından asılı olmayaraq, həyat və hüquqlarının müdafiəsi məqsədi ilə əməkdaşlıq etməlidir.

Xəbəri paylaş

VİDEOLAR