BMT Türkiyə və Suriya üçün yardım çağırışı edib

BMT Türkiyə və Suriya üçün yardım çağırışı edib

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Türkiyə və Suriyada baş verən zəlzələlər nəticəsində həyatını itirənlərə başsağlığı verib.

Az.rasthaber.com xəbər verir ki, Pedersen verdiyi yazılı açıqlamada qışın ortasında Türkiyə və Suriyada minlərlə qadın, uşaq və qocanın təsirləndiyi zəlzələnin səbəb olduğu faciəvi ölüm halları və ciddi dağıntıların ona dərindən təsir etdiyini bildirib.

“Zəlzələdən zərər çəkənlərə dərin hüznlə başsağlığı verirəm” ifadələrini işlədən Pedersen onların bir çoxunun (Suriyadakı zəlzələdə ölənlərin) artıq illərdir böyük əziyyət çəkdiyini bildirib.

Pedersen “Biz tam həmrəylik içindəyik və dəstəyimizi bildiririk” deyib.
Pedersen Suriya xalqının təcili olaraq beynəlxalq dəstəyə ehtiyacı olduğunu bildirib və hamını dəstəkləməyə dəvət edib.

Xəbəri paylaş

VİDEOLAR