Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Efiopiyanın şimalındakı Afar bölgəsində gedən döyüşlər yardımın Tiqraya çatmasına hələ də mane olmaqdadır.
Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat brifinqində Tiqraya humanitar yardımların çatdırılması prosesinin maneələrlə üzləşdiyi, xüsusilə beş milyondan çox insanın qida və digər yardımlara ehtiyacı olduğunu vurğulayıb.
"Yanacaq, nağd pul və yardım ləvazimatlarının olmaması səbəbindən humanitar əməliyyatlar əhəmiyyətli dərəcədə azaldılıb və ya dayandırılıb", - deyə Dujarrik keçən həftə beynəlxalq yardım agentliyinin Tiqraya tonlarla dərman çatdırdığını qeyd edib.
O əlavə edib ki, bu yardımların hava yolu ilə çatdıırlması daha yaxşı olardı, lakin bu da mümkün deyil.
Qeyd edək ki, Efiopiya Ordusu ötən ilin sonunda Tiqray Xalq Cəbhəsi üsyançılarını geri oturdub və hərbi əməliyyatın dayandığını elan edib. Bu elana baxmayaraq Afar bölgəsi hələ də qarşıdurmaların şahididir.