"Taliban" terror təşkilatının üzvləri 2021-ci ilin avqust ayında hakimiyyəti ələ keçirdikdən bəri keçmiş hökumətdə xidmət etmiş 100-dən çox əfqanıstanlı əsgər və məmuru qətlə yetirib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə BMT-dən məlumat verilib.
Həmçinin bildirilib ki, İŞİD terror təşkilatının Əfqanıstandakı qolu olan "Vilayət Xorasan" terror təşkilatına üzvlükdə şübhəli bilinən azı 50 nəfər də edam edilib.
Qeyd edilib ki, indiyədək 8 fəal qətlə yetirilib, onlardan 3-ü "taliblər", 3-ü də İŞİD-çilər tərəfindən öldürülüb. Daha 10 fəal həbsdədir və təhdidlərə məruz qalır.