BMT: ''Sudanda indiyədək 30 körpə ölüb''

BMT: ''Sudanda indiyədək 30 körpə ölüb''

Birləşmiş Millətlər Təşkilatı Sudanda münaqişə başlayandan bəri xəstəxanalarda 30 yeni doğulmuş körpənin dünyasını dəyişdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında açıqlama verib.
Stefan Düjarrik əldə etdiyi məlumata görə, son bir həftədə 6 yeni doğulmuş körpənin həyatını itirdiyini və bunun ölkədə humanitar vəziyyətin pisləşdiyini göstərdiyini bildirib.
Stefan Düjarrik Ümumdünya Səhiyyə Təşkilatının Sudanda münaqişə başlayandan bəri 30 yeni doğulmuş körpənin həyatını itirdiyini açıqladığını vurğulayıb.
Xəstəxanalarda oksigen çatışmazlığı və elektrik enerjisinin kəsilməsinin ölümün əsas səbəbləri arasında olduğunu deyən Stefan Dujarrik BMT-nin yerli tibb işçiləri ilə mövzu ilə bağlı əlaqə saxlamağa davam etdiyini qeyd edib.
Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında artan gərginlik aprelin 15-i səhər saatlarında paytaxt Xartum və ölkənin müxtəlif şəhərlərində silahlı qarşıdurmaya çevrilib.
Bir milyondan çox insanın ölkə daxilində öz yurd-yuvalarından didərgin düşdüyünü bildirən BMT münaqişələr səbəbindən 300 min insanın qonşu ölkələrə qaçdığını açıqlayıb.
Sudanın Səhiyyə Nazirliyi münaqişə başlayandan bəri 709 nəfərin öldüyünü, 5424 nəfərin yaralandığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR