İranın BMT-dəki daimi nümayəndəsi Təxt Rəvançi sionist rejimin Məscidül-Əqsaya hücumu və oruc tutanları qətlə yetirməsinə toxunaraq, BMT-ni bu rejimin təcavüzünün dayandırılması üçün təcili tədbirlər görməyə çağırıb.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi BMT-nin baş katibi Anotniu Quterreş və İslam ölkələrinin səfirlərinin cümə günü bir araya gəldikləri iclasda çıxışı zamanı, işğal olunmuş Fələstin ərazilərindəki son hadisələrə və sionist rejimin Məscidül-Əqsaya hücumu və oruc tutanların qətlə yetirməsinə toxunaraq, beynəlxalq ictimaiyyətdən, xüsusilə də BMT-dən sionist rejimin təcavüzünün dayandırılması üçün təcili tədbirlər görməsini tələb edib.
Digər İslam ölkələrinin səfirləri və nümayəndələri də Fələstin məsələsinin ədalətli həllində və sionist rejimin işğalına son qoyulmasında BMT-nin rolunun vacibliyini vurğulayıblar.
Təxt Rəvançi təklif edib ki, İsveçdə ifrat sağçı qrupların Quranı yandırmaq, İslami müqəddəs yerləri təhqir etmək kimi hərəkətlərini pislənilməsi üçün İslam ölkələri tərəfindən BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası rəhbərlərinə yönələn birgə bəyanatla çıxış etsinlər. Təklif İslam ölkələrinin nümayəndələri tərəfindən müsbət qarşılanıb.