Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini Qəzza zolağında aclıq və qıtlığın qarşısının alınması çağırışını təkrar edərək deyib: "Zaman bizim əleyhimizə işləyir. Fələstinli mülki vətəndaşlar Qəzza daha dözə bilməz”.
Az.rasthaber.com xəbər verir ki, UNRWA-nın baş komissarı Lazzarini açıqlamasında deyib:
“Siyasi iradənin olmadığı bir şəraitdə Qəzzada texnogen qıtlığın aradan qaldırılması böyük problemdir”.
Lazzarini bildirib ki, sionist İsrail rəsmiləri UNRWA-nın Qəzzadakı Şifa xəstəxanasına və Qəzzanın şimalına yardım çatdırmasına mane olub, işğalçı İsrail ordusu iki həftədən sonra basqın edib geri çəkilərək oranı xarabalığa çevirib.
İsrail ordusunun həyata keçirdiyi hücumda beynəlxalq yardım təşkilatı World Central Kitchen-ın 7 əməkdaşının öldürülməsinə diqqət çəkən Lazzarini deyib:
“Dünən humanitar işçilərin öldürülməsi və bu gün UNRWA-nın Şifa xəstəxanası da daxil olmaqla Qəzzanın şimalına yardım karvanlarında iştirak etməkdən imtina etməsi İsrail hökumətinin siyasətində tamamilə dəyişikliyi zəruri edir”.
Lazzarini qeyd edib ki, Qəzzada atəşkəsin yaradılması, humanitar yardımların çatdırılması üçün daha çox quru girişlərinin açılması və UNRWA-nın Qəzzanın şimalına mümkün qədər tez daxil olmasına icazə verilməsi insanların həyatını xilas etməyə və aclığın qarşısını almağa kömək edəcək.
BMT rəsmisi həmçinin vurğulayıb:
"Zaman bizim əleyhimizə işləyir. Qəzzadakı fələstinli mülki vətəndaşlar buna daha dözə bilmirlər".