25.03.2025 11:45:38
BMT Qəzzadakı heyətini azaldır.
Az.rasthaber.com “Report”-a istinadən xəbər verir ki, müvafiq qərarı təşkilatın Baş katibi Antoniu Qutterreş qəbul edib.
Buna səbəb kimi İsrailin hücumlarını yenidən intensivləşdirməsi göstərilib.
Bildirilib ki, qərara müvafiq olaraq BMT-nin Qəzzadakı heyətinin sayı azaldılacaq.
Hazırda BMT-nin Qəzzada 100 nümayəndəsi var. Onların 1/3-i şəhərdən çıxacaq.