BMT: Qlobal vaksinasiyaya ehtiyac var

BMT: Qlobal vaksinasiyaya ehtiyac var

BMT-nin Baş katibi Antonio Quterres Amerika Birləşmiş Ştatları dövlət departamentinin rəhbəri Antony Blinken ilə görüşüb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Quterres videokonfrans formatında keçirilən iclasda ABŞ-ın yeni rəhbərliyinin qlobal problemlərə çoxtərəfli həll yolu tapmaq uğrunda atdığı addımları yüksək qiymətləndirdiyini, Paris İqlim Sazişinə geri qayıtmasıyla dünyaya ümid mesajı göndərdiyini, məhz Ümumdünya Səhiyyə Təşkilatında iştirakının epidemiya əleyhinə mübarizədə güçlü həmrəyliyin göstəricisi olduğunu vurğulayıb. Kovid-19 epidemiyasını sona çatdırmaq üçün qlobal peyvənd planına zərurət olduğunu ifadə edən Quterres, ABŞ-ın bu işdə əhəmiyyətli rol oynaya biləcəyini sözlərinə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR