BMT-nin İraqdakı missiyasının mandatı uzadılıb

BMT-nin İraqdakı missiyasının mandatı uzadılıb

Birləşmiş Millətlər Təşkilatının İraqadakı missiyasının (UNAMİ) mandatı bir il uzadılıb.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən səsvermədə UNAMİ-nin mandatının daha 12 ay uzadılması barədə qərar yekdilliklə qəbul edilib.
Böyük Britaniyanın BMT-dəki Daimi Nümayəndəliyi qərarla bağlı sosial media hesabında paylaşım edib. Paylaşımda deyilir: "Yekdilliklə qəbul edilən qərar Şuranın yardım missiyasına və İraq xalqına olan dəstəyini göstərir".
UNAMİ 2003-cü ilin 14 avqust tarixində ABŞ və müttəfiq qüvvələrin İraqı işğal etməsindən sonra yaradılıb.

Xəbəri paylaş

VİDEOLAR