BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktorundan Yəmən XƏBƏRDARLIĞI

BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktorundan Yəmən XƏBƏRDARLIĞI

Dünya Әrzaq Proqramının icraçı direktoru Yәmәndәki ac vә müdafiәsiz insanlara yardım etmәk mәqsәdilә maliyyә yardımına ehtiyac olduğunu bildirib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Birlәşmiş Millәtlәr Tәşkilatının Dünya Әrzaq Proqramının icraçı direktoru Devid Besley Yәmәndәki ac vә müdafiәsiz insanlara yardım etmәk mәqsәdilә maliyyә yardımına ehtiyac olduğunu bildirib.

Mәkәzi Romada yerlәşәn qurumdan verilәn bәyanata görә, Dünya Әrzaq Proqramının icraçı direktoru Devid Besley Yәmәnә sәfәr edib.

Devid Besley sәfәr çәrçivәsindә paytaxt Sәnadakı bir xәstәxanaya baş çәkib.

Yәmәndә sülhün tәcili tәmin olunması ilә әlaqәdar çağırış edәn Devid Besley müdafiәsiz vә aclıqla üzlәşәn ailәlәrә yardım etmәk üçün maliyyә yardımına ehtiyac olduğunu qeyd edib.

‘‘Yәmәndәki insanların yarısından çoxu әrzaq qıtlığı ilә mübarizә aparır. Bu hәqiqәtәn dә  acınacaqlı vәziyyәtdir. Buna qarşı bir peyvәndimiz var vә buna әrzaq deyirik. İnsanları xilas etmәk üçün maliyyә yardımına ehtiyacımız var’’,-deyә Dünya Әrzaq Proqramının icraçı direktoru vurğulayıb.

 

Elan:

Yəməndəki humanitar yardım təşkilatlarının öndə gələnlərindən "Bünyan Müəssisəsi" müsəlmanlara xitabla yayımladığı bəyanatda bir tikə çörəyə möhtac uşaq, qadın və qocalara yardım edilməsi üçün müraciət edib.

Yığılan maddi yardımlar adı açıqlanan qurum və şəxslərin vasitəsilə aclıq içində əziyyət çəkən yəmənli məzlumlara çatdırılacaqdır.

Yardımsevər insanlar aşağıdakı telefonlarla əlaqə saxlayaraq (zəng və ya whatcapla) yardımlarını çatdıra bilərlər:

 
Rasthaber :     +90 537 051 80 57
 
Hamza Gök :   +90 533 383 30 19
 

Xəbəri paylaş

VİDEOLAR