BMT-nin sözçüsü Stefan Düjarrik İsveçdə Qurani-Kərimin təhqir olunması ilə bağlı deyib: "Biz müqəddəs kitablara və məkanlara hörmətsizliyin qəbuledilməz olduğunu çox açıq şəkildə ifadə etmişik".
Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında mövzu ilə bağlı sualları cavablandırıb.
Bağdaddakı İsveç səfirliyinə basqın və Qurana təhqir kimi hadisələri izlədiklərini ifadə edən Dujarrik, "Bizə lazım olan qarşılıqlı hörmətdir", - deyə bildirib.
“Müqəddəs kitabların və yerlərin təhqir olunmasının qəbuledilməz olduğunu çox açıq şəkildə ifadə etmişik” deyən Düjarrik bu cür hərəkətlərin əsas məqsədinin təxribat olduğuna diqqət çəkib.
İnsanların təxribata gəlməməsinin də vacib olduğunu qeyd edən Düjarrik, başqalarının dinlərinə hörmət etmək və zorakılıqdan çəkinmək lazım olduğunu bildirib.