BMT Kabildə məscidə edilən son hücumu pisləyib

BMT Kabildə məscidə edilən son hücumu pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanda insan təlafatı ilə nəticələnən silsilə partlayışlardan narahatlığını bildirib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin mətbuat katibinin müavini Fərhan Haqın yaydığı bəyanatda deyilir.

Onun sözlərinə görə, təkcə bu ay 250-dən çox insan bu partlayışların qurbanı olub.

“BMT-nin Baş katibi bu ay Əfqanıstanda 250-dən çox insanın, o cümlədən uşaqların ölümünə və yaralanmasına səbəb olan silsilə partlayışlardan dərin narahatlığını ifadə edir”,- deyə bəyanatda vurğulanıb.

Bəyanatda qeyd olunur ki, BMT baş katibi avqustun 17-də Kabildə məscidə edilən son hücumu qətiyyətlə pisləyir. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, çərşənbə günü Kabilin şimal-şərqində məsciddə baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb, 40 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR