BMT: İsrail Qəzzaya humanitar yardımların 68 faizini əngəlləyib

BMT: İsrail Qəzzaya humanitar yardımların 68 faizini əngəlləyib

Birləşmiş Millətlər Təşkilatı sionist İsrailin martın 18-də atəşkəsi pozmasından sonra Qəzzaya humanitar yardımların 68 faizinin əngəlləndiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) soyqırım törədən İsrailin 18 Martda atəşkəsi pozmasından sonra Qəzzaya humanitar yardımın böyük ölçüdə dayandırıldığını açıqladı. BMT-nin məlumatına görə, həmin tarixdən bu yana Qəzzaya humanitar yardımların yüzdə 68-i İsrail tərəfindən dayandırılıb. Bölgədəki mülki əhalinin ən əsas ehtiyaclarını, xüsusilə sağlamlıq və qida ləvazimatlarını qarşılamaq üçün yardım böyük əhəmiyyət kəsb edir.

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında açıqlama verib.

BMT-nin Bölgədəki Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) əldə edilən məlumata istinadən Dujarrik Qəzzada humanitar yardım əməliyyatlarının ciddi şəkildə məhdudlaşdırıldığını bildirib.

Dujarrik, İsrailin "hərbi əməliyyatları", humanitar yardım və ticarət mallarının blokadaları, humanitar işçilərə və obyektlərə qarşı ölümcül hücumlarının bu kontekstdə böyük rol oynadığına diqqət çəkib.

Sionist İsrail rəsmilərinin dünəndən bəri 14 humanitar yardım səyindən 8-ni əngəllədiyini vurğulayan Dujarrik, Təl-Əvivin martın 18-də atəşkəsi pozmasından sonra BMT-nin 170 humanitar yardım əməliyyatına cəhd göstərdiyini, lakin onların 68 faizinin qarşısı alındığını açıqlayıb.

Düjarrik bildirib ki, işğalçı İsrail hakimiyyəti də keçid məntəqələrində materialların götürülməsinə mane olub.

Mövcud vəziyyətin çox çətin olduğunu qeyd edən Düjarrik soyqırım İsrailin məhdudlaşdırıcı təcrübələrinin “həyat xilasetmə missiyalarının” həyata keçirilməsini çətinləşdirdiyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR