BMT: İranın Səudiyyənin Aramco bazasına hücumunu sübut edən dəlil yoxdur

BMT: İranın Səudiyyənin Aramco bazasına hücumunu sübut edən dəlil yoxdur

MT müfəttişləri dünən Ərəbistandan geri döndükdən sonra bir hesabatda İranla bağlı iddialara aydınlıq gətiriblər

Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi xəbərə görə,  BMT müfəttişləri dünən Ərəbistandan geri döndükdən sonra bir hesabatda bildiriblər ki, İranın Ərəbistanın neft təsisatlarına hücum amili olmasına dair heç bir qaneedici fakt və dəlil əldə etməyiblər.

BMT müfəttişlərinə görə,  Vaşinqton və Ər Riyadın İranın Ərəbistanın neft bazalarına qarşı hücumda məsuliyyət daşımasına dair iddialarını təsdiq edə bilməzlər.

Amerikanın Blomberq informasiya kanalı bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş özünün bu təşkilatın təhlükəsizlik şurasına olan altı aylıq məlumatında bu müfəttişlərin hesabatına istinad edərək qeyd edib ki, BMT Ərəbistanın neft təsisatlarına qarşı hücumda istifadə olunmuş raket və pilotsuzların İran mənşəli olmasına dair məsələni təsdiq etməyə qadir deyildir.

Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi sentyabrın 14-də səud koalisiyasının Yəməndəki cinayətlərinə cavab olaraq, on ədəd yerli PUA ilə Ərəbistanın milli neft şirkətinin tabeliyində olan Bəqiq və Xəris neftayırma zavodlarını hədəfə aldı.

Bu əməliyyatdan sonra səudlar və müttəfiqləri İran İslam Respublikasına qarşı əsassız iddiaları təkrar edərək, iddia etdilər ki, Tehran yəmənlilərin Ərəbistanın neft bazalarına qarşı PUA əməliyyatında rol oynayıb.

İran bu ittihamları rədd edib.

Xəbəri paylaş

VİDEOLAR