Bu barədə TŞ-da sədrlik edən İndoneziyanın daimi nümayəndəsi Dian Trianşah Cani məlumat verib.
Rasthaber İran mediasına istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurası (TŞ) ABŞ-ın İrana qarşı sanksiyaların bərpasına dair sorğusunu məlum məsələdə konsensus olmadığı üçün təmin edə bilməz.
Bu barədə TŞ-da sədrlik edən İndoneziyanın daimi nümayəndəsi Dian Trianşah Cani məlumat verib.
“Mən bir çox üzv-ölkədən məktub aldım. Mənə aydındır ki, müəyyən mövqe ilə çıxış edən bir ölkə var, ciddi sayda ölkə isə əks fikrə sahibdir”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu səbəbdən BMT TŞ məlum sorğu ilə bağlı növbəti addımlar ata bilməz.
Eyni zamanda BMT TŞ-ın iclasında Böyük Britaniya, Fransa, Almaniya, Estoniya və Belçika da ABŞ-ın İrana qarşı sanksiyaların bərpasına dair istəyinin qəbul edilməsinə qarşı çıxıb.
“Biz şuranın 15 ölkəsindən 13-nün ifadə etdiyi fikrə diqqət yetirdik. Buna görə də hesab edirik ki, sorğu ilə bağlı heç bir növbəti addım atıla bilməz”, – deyə Fransanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Gögen bəyan edib.
Xatırladaq ki, 21 avqustda ABŞ prezidenti Donald Tramp ölkəsinin İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu elan edib.
Avropa İttifaqının diplomatiya başçısı Jozep Borrel bildirib ki, ABŞ İrana qarşı sanskiyaların bərpası prosedurunu başlada bilməz.
Böyük Britaniya, Fransa və Almaniya da ABŞ-ın İrana qarşı sanskiya istəyinə qarşı çıxıb.