Əfqanıstanda 11 milyondan çox qadının təcili humanitar yardıma ehtiyacı var.
Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
Təşkilatın ofisi, həmçinin Əfqanıstanda hakimiyyətin "Taliban" tərəfindən ələ keçirilməsindən sonra qadınların hüquqlarının pozulması hallarının artması ilə bağlı ciddi narahatlığını ifadə edib.
Məlumatda deyilir ki, humanitar təşkilatlar qadınlara qida, sağlamlıq, təhsil və yaşayış imkanları təqdim etməklə onlara yardımı genişləndirməlidirlər.