BMT fələstinlilərin humanitar ehtiyaclarını təmin etməyə çağırıb

BMT fələstinlilərin humanitar ehtiyaclarını təmin etməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibindəki təşkilatlar İsrailin blokadası altında olan Qəzza zolağında yaşayan fələstinlilərin təcili humanitar ehtiyaclarını təmin etməyə çağırıb.

Az.rasthaber.com xəbər verir ki, BMT-nin Fələstin Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza Əməliyyatları üzrə Direktoru Tomas Uayt və BMT-nin Fələstin Humanitar Məsələləri üzrə koordinatoru Lin Hastings Qəzza şəhərində Qeyri-Hökumət Təşkilatlarının Direktoru Emjad əl-Şəvva ilə Qəzza şəhərində birgə mətbuat konfransı keçirib.

Qəzzadakı hər 4 fələstinlidən 3-nün UNRWA yardımı ilə dolanmağa cəhd etdiyini bildirən Tomas Uayt bölgədə artan humanitar böhranla qida təhlükəsizliyinin daha da pisləşdiyini bildirib.

UNRWA olaraq beynəlxalq ictimaiyyəti Qəzza zolağındakı qaçqınların təcili ehtiyaclarını ödəməyə çağıran T.Uayt xüsusilə qida, təhsil və səhiyyə səviyyəsində yardıma ehtiyac olduğunu vurğulalıb.

İsrailin bölgəyə hücumları nəticəsində dağılan evlərin yenidən qurulması işlərinə toxunan Uayt UNRWA-nın fələstinli qaçqınlara yardımlarını davam etdirmək üçün lazımi maliyyə qaynaqlarını təmin etmək üçün mübarizə apardığını qeyd edib.

BMT-nin Fələstin Humanitar Məsələləri üzrə Koordinatoru Lin Hastinqs isə bildirib ki, fələstinlilər həm işğal şərtləri həm də təhlükəsizlik, blokada və siyasi böhranların təsiri altında həyatları üçün mübarizə aparırlar.

Qəzzada humanitar vəziyyətin getdikcə pisləşdiyini bildirən L.Hastings "2023-cü ildə Qəzza zolağı və İordan çayının qərb sahilində təxminən 2 milyon fələstinlinin humanitar yardıma ehtiyacı var" deyib.

L.Hastings beynəlxalq ictimaiyyəti xüsusən də 2023-cü ildə UNRWA-ya yardımı davam etdirməyə çağırıb.

Qeyri-Hökumət Təşkilatlarının Direktoru Emjad əl-Şəvva da Qəzzada humanitar vəziyyətin daha da pisləşdiyini bildirib və beynəlxalq ictimaiyyəti BMT qurumlarının müəyyən etdiyi ehtiyacların qarşılanması üçün hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, İsrail 2006-cı ildən bəri təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza zolağını qurudan, dənizdən və havadan mühasirədə saxlayır.

Xəbəri paylaş

VİDEOLAR