Birlǝşmiş Millǝtlǝr Tǝşkilatının (BMT) Yǝmǝn üzrǝ xüsusi nümayǝndǝsi Hans Qrundberq BMT Tǝhlükǝsizlik Şurasına Yǝmǝnǝ davamlı dǝstǝk vermǝsi ilǝ ǝlaqǝdar çağırış edib.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, BMT-nin Yǝmǝn üzrǝ xüsusi nümayǝndǝliyindǝn verilǝn mǝlumata görǝ, İngiltǝrǝdǝ sǝfǝrdǝ olan Hans Qrundberq bu ölkǝnin Orta Şǝrq vǝ Şimali Afrika mǝsǝlǝlǝri üzrǝ naziri Ceyms Kleverli vǝ bir sıra yüksǝk vǝzifǝli rǝsmisi ilǝ görüşlǝrini başa çatdırıb.
Hans Qrundberq ingiltǝrǝli rǝsmilǝrlǝ Yǝmǝndǝ pislǝşǝn iqtisadi vǝziyyǝti, son günlǝrdǝ yaşanan hǝrbi gǝrginlik kimi mövzuları müzakirǝ edib.
BMT-nin Yǝmǝn üzrǝ xüsusi nümayǝndǝsi bildirib ki, ölkǝdǝki hǝrbi gǝrginlik davamlı hǝllin qarşısındakı maneǝdir.
‘‘Yǝmǝndǝki tǝrǝflǝr danışıqlar yolu ilə zorakılığı azaldacaq və hərtərəfli həll yolunun tapılmasına yönəlmiş davamlı siyasi dialoqa başlamalıdırlar’’, - deyǝ xüsusi nümayǝndǝ qeyd edib.
BMT-nin bu prosesi dǝstǝklǝmǝyǝ hazır olduğunu vurğulayan Hans Qrundberq beynǝlxalq ictimaiyyǝtin vǝ BMT Tǝhlükǝsizlik Şurasına üzv dövlətlərin mütəşəkkil və davamlı dəstəyinin dǝ vacib olduğunu bildirib.