İsveçrənin Cenevre şəhərində şuranın 43-cü iclasında 13 qanun qəbul olunub.
Rasthaber Azərbaycan TRT-yə istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı İnsan Haqqları Şurası "İşğal altındakı Fələstin torpaqlarında İsrailin qeyri-qanuni yəhudi yaşayış massivləri" planına qarşı qanunun da olduğu Fələstin lehinə təqdim edilən qanunları qəbul edib.
İsveçrənin Cenevre şəhərində şuranın 43-cü iclasında 13 qanun qəbul olunub.
Pakistanın İslam Əməkdaşlıq Təşkilatı (İİT) adından təqdim etdiyi "Şərqi Qüds də daxil olmaqla işğal altındakı Fələstin torpaqlarında İsrailin qeyri-qanuni yəhudi yaşayış massivi" planının rədd edilməsilə bağlı qanun müzakirə edilib və 47 üzvlü şurada səsverməyə qoyulub. Qərar 9 bitərəf, 2 əleyhinə və 36 lehinə səslə qəbul edilib. Buna əsasən, BMT İnsan Haqqları Ali Komissarlığı tərəfindən İsrailin qeyri-qanuni planı ilə bağlı hesabat hazırlanaraq şuranın 46-cı iclasına təqdim olunacaq.
Şurada yenə Pakistanın İslam Əməkdaşlıq Təşkilatı (İİT) adından təqdim etdiyi "Fələstin xalqının öz taleyini təyinetmə haqqı"nı dəstəkləyən qanun müzakirəsindən sonra 2 bitərəf, 2 əleyhinə və 43 lehinə səslə qəbul edilib.
Pakistanın təqdim etdiyi digər "Şərqi Qüds daxil olmaqla işğal altındakı Fələstin torpaqlarında insan haqqlarının vəziyyəti" ilə bağlı qanun layihəsi 3 bitərəf, 2 əleyhinə və 42 lehinə səslə qəbul olunub.
"İsrail işğalı altındakı Golan təpələrindəki insan haqqları vəziyyəti" ilə bağlı qanun isə şuradan 4 bitərəf, 17 əleyhinə və 26 lehinə səslə keçib.
Türkiyə, Qətər, İngiltərə, Almaniya, Fransa, İtaliya, İordaniya, Küveyt, Mərakeş və Hollandiyanın birgə təqdim etdiyi "Suriyadakı insan haqqlarına dair vəziyyət"lə bağlı qanun 2 əleyhinə, 18 bitərəf və 27 lehinə səslə Şurada qəbul edilib.
Fevral ayında başlayan, lakin yeni tip korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar dondurulan BMT İnsan Haqqları Şurasının 43-cü iclası iyunun 24-də sona çatacaq.