İsrail işğalı altında olan və ya İsrail tərəfindən blokadada saxlanılan fələstinlilərin təxminən yarısının humanitar yardıma ehtiyacı var.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, İsrail işğalı altında olan və ya İsrail tərəfindən blokadada saxlanılan fələstinlilərin təxminən yarısının humanitar yardıma ehtiyacı var.
Bu barədə BMT-in məruzəsində deyilir.
Sənəddə bildirilir ki, 1994-cü ildən bəri 2020-ci il fələstinlilər üçün ən pis il olub.
Vəziyyətin daha da gərginləşməsinə səbəb isə pandemiya və onun səbəb olduğu iqtisadi böhrandır.
2020-ci ilin yazında tətbiq edilən karantin səbəbi ilə 150 min fələstinli gəlir mənbəyindən məhrum olub.
2-ci karantin isə 2020-ci il 17 dekabrda tətbiq edilib və hazırda da davam etməkdədir və bu, fələstinlilərin yaşayışlarını çətinləşdirən amillərdən biridir.
Sənəddə qeyd edilir ki, 2020-ci ildə Fələstin iqtisadiyyatı 10-12 faiz azalıb. Bu, 1994-cü ildən bəri fələstinlilərin rifah dərəcəsindəki ən böyük düşüşdür.