Bu barədə TŞ-dakı mənbədən məlumat verilib.
Rasthaber RİA-ya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiya, Fransa və ABŞ-ın sorğusuna cavab olaraq bazar ertəsi günü Qarabağdakı vəziyyəti müzakirə edəcək.
Bu barədə TŞ-dakı mənbədən məlumat verilib.
“Qarabağla bağlı qapalı məsləhətləşmələr bazar ertəsi günü 15:00-a planlaşdırılıb”, – deyə qeyd edilib.
Bildirilir ki, müzakirə istəyini ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ irəli sürüb.