BMT bu müsəlman ölkəsilə bağlı xəbərdarlıq etdi

BMT bu müsəlman ölkəsilə bağlı xəbərdarlıq etdi

Somalidə təbii fəlakət, münaqişə və pandemiyaya görə 2,5 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.

“Su çatışmazlığı, çəyirtkə sürüləri, daşqınlar, koronavirus və terrorçuluq – bütün bunlar Somali üçün əsas problemlərdir”, – deyə ölkənin humanitar məsələlər və təbii fəlakət nəticələrinin aradan qaldırılması üzrə naziri Xədicə Diriyye bildirib.

Maliyyə naziri Əbdürrəhman Duale Beyle deyib ki, hökumət yardımla bağlı çağırış və çağırışa cavab verənlər arasında bir neçə dünya təşkilatı var, o cümlədən də BMT və İslam Əməkdaşlığı Təşkilatı.

Beyle ölkə əhalisinə də səslənərək birlik göstərib möhtaclara yardım etməyə dair də çağırış edib.

Xatırladaq ki, BMT-in Humanitar İdarəsi bildirmişdi ki, 2020-ci ilin noyabr ayından Somalidə 83 mindən çox insan su çatışmazlığı səbəbi ilə köç etmək məcburiyyətində qalıb.

BMT rəsmisini bildirib ki, proqnozlara əsasən, humanitar ehtiyaclar artacaq.

Xəbəri paylaş

VİDEOLAR