BMT Baş katibi Təhlükəsizlik Şurasının üzvlərinə Suriya ilə bağlı çağırış edib

BMT Baş katibi Təhlükəsizlik Şurasının üzvlərinə Suriya ilə bağlı çağırış edib

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasını Suriyaya yardım çatdırılması məsələsində konsensus əldə etməyə çağırıb.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında çıxış edən BMT  Baş katibinin sözçünün müavini Fərhan Haq bildirib ki, Antonio Quterreş Təhlükəsizlik Şurasına Türkiyə üzərindən Suriyaya humanitar yardımın çatdırılması məsələsində razılığın əldə olunması ilə əlaqədar çağırış edib.

Fərhan Haq deyib:"Biz Suriyaya humanitar yardımın çatdırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının üzvləri arasında davam edən müzakirələrin nəticəsini gözləyirik. Üzvlər arasında əldə olunacaq razılıq Suriyada humanitar yardıma möhtac insanlara yardımın çatdırılması üçün çox vacibdir’’.

Haq xatırladıb ki, Antonio Quterreş  BMT Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi görüşdə suriyalılara humanitar yardımın çatdırılmasının vacibliyini vurğulamışdı.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının üzvləri olan Rusiya, Çin, Amerika Birləşmiş Ştatları, Fransa və İngiltərə  Suriyaya yardımın çatdırılması məsələsində razılıq əldə etməlidirlər.

Xəbəri paylaş

VİDEOLAR