BMT Baş katibi Pakistanda baş vermiş terroru pisləyib

BMT Baş katibi Pakistanda baş vermiş terroru pisləyib

BMT baş katibinin sözçüsü Stephan Dujarrik tərəfindən verilən açıqlamada “Hücumun ibadət yerində baş verməsi xüsusilə iyrəncdir”. ifadəsindən istifadə edilmişdir.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş yanvarın 30-da Pakistanda məsciddə törədilən terror aktını pisləyib.

BMT baş katibinin sözçüsü Stephan Dujarrik tərəfindən verilən açıqlamada “Hücumun ibadət yerində baş verməsi xüsusilə iyrəncdir”. ifadəsindən istifadə edilmişdir.

“Din və ya inanc azadlığının, o cümlədən dinc və təhlükəsiz şəraitdə ibadət edə bilmənin ümumbəşəri insan hüququ olduğunu” vurğulayan Quterreş hücumu pisləyib, həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib” açıqlamada qeyd edilib.

Qeyd edək ki, yanvarın 30-da Pakistanın Pişəvər şəhərində günorta namazı zamanı məscidə terror hadisəsi baş verib. Hadisə zamanı içərilərində polis əməkdaşları olmaqla 90 nəfər həlak olub, 150 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR