BMT Baş katibi: Bizim bu qədər vaxtımız var

BMT Baş katibi: Bizim bu qədər vaxtımız var

Antoniu Quterreş beynəlxalq ictimaiyyəti 100 gün ərzində bütün silahlı münaqişələrdə atəşkəsə nail olmağa səsləyib.

Rasthaber Azərbaycan  xəbər verir ki, BMT Baş katibi Antoniu Quterreş beynəlxalq ictimaiyyəti 100 gün ərzində bütün silahlı münaqişələrdə atəşkəsə nail olmağa səsləyib.

“Pandemiya başlayanda mən qlobal atəşkəsə dair çağırış etdim. Bu gün mən beynəlxalq ictimaiyyəti bu çağırışı ilin sonunadək həyata keçirmək üçün yeni səylər göstərməyə çağırıram. Bizim buna düz 100 günümüz var”, – deyə o bildirib.

Quterreş qeyd edib ki, “pandemiya zamanı münaqişədə yalnız bir qalib var: virusun özü”.

Baş katib həmçinin bəyan edib ki, koronavirus pandemiyası dünyanın kövrəkliyini aşkara çıxartdı.

O, əlavə edib ki, BMT özünün mövcudluğunun 75 ili ərzində özünün əsas məqsədinin – 3-cü dünya mübaribəsinin qarşısının alınması hədəfinin öhdəsindən gəlib

Xəbəri paylaş

VİDEOLAR