BMT Albaniyanın İranla bağlı iddialarını təkzib edib

BMT Albaniyanın İranla bağlı iddialarını təkzib edib

BMT baş katibinin sözçüsü Stefan Düjarrik Albaniyanın İranın kiberhücum etməsi ilə bağlı iddialarını təkzib edib.

Az.rasthaber.com xəbər verir ki, Dujarrik bildirib: “Bizim bu kiberhücumun olub-olmaması ilə bağlı müstəqil məlumatımız yoxdur”.

BMT baş katibinin sözçüsü həmçinin bildirib ki, Albaniyaya edilən qondarma kiberhücumun araşdırılması BMT-nin səlahiyyətində deyil.

Qeyd edək ki, İranı ölkəsinə qarşı kiberhücum etməkdə ittiham edən Albaniyanın baş naziri Edi Rama ölkəsinin İranla diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda, Albaniya hökumətinin İran əleyhinə qərarı kəskin şəkildə pislənilib.

Xəbəri paylaş

VİDEOLAR