Bloomberg Putinin 20 illik hakimiyyəti dövründə nailiyyətlərindən yazdı

Bloomberg Putinin 20 illik hakimiyyəti dövründə nailiyyətlərindən yazdı

Moskvanın maliyyə məsələlərində ehtiyatlılığı sayəsində Rusiya "dünyanın ən sağlam" maliyyə balanslarından birinə nail ola bilib

Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdə olduğu dövrdə ölkəsi SSRİ-nin dağılması nəticəsində itirilmiş nüfuzun xeyli hissəsini bərpa edə bilib. 

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

Məqalənin müəllifləri kiçik bir büdcə ilə geosiyasi təsiri artırmağı Putinin əsas uğuru kimi qeyd ediblər. Qeyd olunur ki, ABŞ-ın müdafiə xərcləri Rusiyanın bütün xərclərindən (təhsil, səhiyyə, asayişin qorunması və s.) iki dəfə çoxdur.

"Bloomberg" həmçinin Rusiya Federasiyasını Yaxın Şərqdəki əsas güc adlandırıb və onun Afrikada təsirini genişləndirdiyini bildirib.

Bundan əlavə agentlik qeyd edir ki, Rusiya lideri Çin ilə əlaqələri gücləndirə bilib, Suriyadakı vəziyyətə təsir edib və NATO-nun üzvü olan Türkiyəyə silah tədarükünə dair razılaşma əldə edib.

Müəlliflər həmçinin qeyd edirlər ki, Putin Parisdə baş tutmuş "Norman Dördlüyü" zirvə görüşündə də dominantlıq edə bilib.

"Bloomberg" qeyd edib ki, bundan əlavə, Moskvanın Ukrayna münaqişəsindən sonra maliyyə məsələlərində ehtiyatlılığı sayəsində ölkə "dünyanın ən sağlam" maliyyə balanslarından birinə nail ola bilib.

Xəbəri paylaş

VİDEOLAR