Bizə görə Türkiyə ilə kim əlaqələrini pozacaq?

Bizə görə Türkiyə ilə kim əlaqələrini pozacaq?

Yunanıstanın keçmiş müdafiə naziri və Silahlı Qüvvələrinin keçmiş rəisi Evangelos Apostolakis səsləndirib.

Rasthaber Azərbaycan Anadolu Ajans-ına istinadən xəbər verir ki, heç kəs Yunanıstanla problemə görə Türkiyə ilə münasibətləri pozmayacaq.

Bu sözləri Yunanıstanın keçmiş müdafiə naziri və Silahlı Qüvvələrinin keçmiş rəisi Evangelos Apostolakis səsləndirib.

Onun sözlərinə görə, Türkiyə ilə yeni gərginlik mərhələsinə qədəm qoyan Yunanıstan, çox güman ki, tək qalacaq.

“Hər hansısa bir tərəfin Türkiyə ilə münasibətləri pozması və ya bizim problemlərimizə görə münaqişəyə daxil olması ağlabatan deyil”, – deyə o qeyd edib.

Bununla yanaşı o, Şərqi Aralıq dənizi regionundakı son hadisələri “olduqca ciddi və böhranlı” adlandırıb.

“Hesab edirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lazım olduğu qədər, yəni arzuolunana çatanadək regionda qalacaq. Avropa və ya ABŞ tərəfindən təzyiqlər elə də böyük deyil”, – deyə o bildirib.

Bununla belə o, iki ölkə arasındakı toqquşma ehtimalını təkzib edib.

“Münaqişə hər iki tərəfin maraqları ilə ziddiyət təşkil edir. Ankara Yunanıstanı ikitərəfli qarşılıqlı əlaqə məsələləri üzrə danışıqlar masasına əyləşdirmək istəyir”, – deyə o o əlavə edib.

Xatırladaq ki, Türkiyənin “Oruç Reis” seysmik araşdırma gəmisinin Kipr sahilboyu zonasına gəlməsindən, həmçinin Aralıq dənizində kəşfiyyət işlərinin 23 avqustadək davam edəcəyinə dair xəbərlərdən sonra Yunanıstan hərbi həyəcan elan edib.

Xəbəri paylaş

VİDEOLAR