Birtərəfli atəşkəsdən sonra fələstinlilərdən ilk istişhad

Birtərəfli atəşkəsdən sonra fələstinlilərdən ilk istişhad

İsrail ordusunun işğal altındakı Fələstin torpaqlarında mülki vətəndaşlara hücumu fələstinlilər tərəfindən ilk istişhadla nəticələnib

Rasthaber Azərbaycan xəbər verir ki, İsrailin birtərəfli atəşkəsin şərtlərini  pozduğuna görə, fələstinlilərə qarşı hücumların fonunda gənc fələstinlilərin istişhad əməliyyatlarına start verilib.

Bu barədə İsrailin "Yedihot Ahronot" qəzeti yazıb.

Belə ki, adı hələ açıqlanmayan fələstinli gənc bıçaqla bir qrup sionist polisinə hücum edib.

Hücum zamanı 3 polis yaralanıb, onlardan birinin vəziyyəti ağır olaraq bildirilir.

İsrail polisi gənc fələstinliyə atəş açaraq onu qətlə yetiriblər.

Qeyd edək ki, fələstinlilərin öldürülmələrini bilərək hücum əməliyyatlarına "istişhad" deyilir.

Xəbəri paylaş

VİDEOLAR