Türkiyə Milli Müdafiə Nazirliyi 1-i İŞİD terror təşkilatının üzvü olan 2 şübhəlinin qanunsuz yollarla İrana keçməyə cəhd edərkən yaxalandığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində açıqlama yayıb.
Məlumatda bildirilib ki, 1-i İŞİD terror təşkilatının üzvü olan 2 nəfər Türkiyədən qanunsuz yollarla İrana keçməyə cəhd edərkən yaxalanıb.
Açıqlamada həmçinin bildirilib: “Sərhədlərimizin təhlükəsizliyi üçün qeyri-qanuni keçidlərə qarşı mübarizəmizi davam etdiririk.
Sərhəd qartallarımız ölkəmizdən qanunsuz yolla İrana keçmək istəyən 2 nəfəri yaxalayıb. Axtarışlar zamanı həbs edilən şəxslərdən birinin İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib."