Bir zamanlar müsəlmanlara zülm olunan Myanmada, indi bütün xalqa zülm olunur

Bir zamanlar müsəlmanlara zülm olunan Myanmada, indi bütün xalqa zülm olunur

Myanma ordusunun etnik silahlı qrupların nəzarətində olan şəhərə hava zərbələrindən sonra yüzlərlə insan Tailanda qaçmaq məcburiyyitində qalıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Myanma ordusu ilə çevriliş əleyhdarı etnik silahlı qruplar arasında toqquşmaların davam etdiyi bir vaxtda ordu qüvvələri Karen Milli Birliyinin (KNU) qüvvələrinin nəzarətində olan Lay Kay Kav qəsəbəsinə hava hücumu həyata keçirib.

Yerli rəsmilər və sakinlərə  əsaslandırılan  xəbərə  görə Myanma ordusunun ağır artilleriya və hava zərbələri nəticəsində yüzlərlə myanmarlı çayı keçərək Taylanda qaçmağa məcbur olub. Toqquşmalara görə 2500 kənd sakini ötən həftə Tailand tərəfdəki Mae Sot bölgəsinə keçib. Regionda şiddətli qarşıdurmalar günü-gündən artır. Silah, bomba və döyüş təyyarələrinin səslərinin Tailanddan eşidildiyi və partlayışların şiddətindən evlərin şüşələrinin sındığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR