Türkiyədə yeni növ koronavirus (Kovid-19) əleyhinə mübarizə çərçivəsində dünən 1 milyondan çox doza peyvənd vurularaq rekord qırılıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Səhhiyə Nazirliyinin məlumatına görə, sutka ərzində 1 milyon 240 min 311 nəfərə peyvənd vurulub. Beləcə bu günə dək istifadə olunan Kovid-19 əleyhinə peyvənd miqdarı 36 milyon 95 min 162-yə çatıb.
Səhiyyə naziri Fahrettin Koca da Twitter hesabında paylaşdığı açıqlamada vaksinasiya tətbiqinə dair fəaliyyətlər çərçivəsində sutka ərzində bir milyon peyvəndin vurulması hədəfinə çatıldığına diqqət çəkib. Nazir qeyd edib ki, son sutkada 1 milyon 240 min 311 doz aşı tətbiq olunub.