BioNTech peyvəndinin Türkiyəyə gələcəyi tarix bəlli oldu

BioNTech peyvəndinin Türkiyəyə gələcəyi tarix bəlli oldu

Bunu Fәxrәddin Koca ‘‘Twitter’’ sәhifәsindә bәyan edib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyәnin sәhiyyә naziri Fәxrәddin Koca yeni növ koronavirus әleyhinә hazırlanan ‘‘BioNTech’’ peyvәndi ilә bağlı müqavilәnin yaxın günlәrdә imzalanacağını bildirib.

Rәsmi ‘‘Twitter’’ sәhifәsindә bәyanat verәn Fәxrәddin Koca müqavilәnin dünәn yerli vaxtla saat 04.30-da imzalandığını bildirib.

‘‘Bağlanan müqavilәyә әsasәn, bu il üçün nәzәrdә tutulan doza 550 min dozadır. Peyvәndin Türkiyәyә ya bu ilin sonunadәk, ya da yanvar ayının әvvәlindә gәlmәsi gözlәnilir. Peyvәndin 4,5 milyon dozası mart ayının sonunadәk ölkәmizә tәhvil verilәcәk’’ deyә Fәxrәddin Koca vurğulayıb.

Nazir Koca gecikmənin səbəbinin istehsalçının peyvənd istehsalından yarana biləcək problemlərə görə məsuliyyəti qəbul etmək istəməməsi olduğunu ifadə edib.

Müqavilәnin әldә olunmasında  və maneələrin aradan qaldırılmasında professor  Uğur Şahinin böyük rolunun olduğunu  vurğulayan Koca: ‘‘Bunu unutmayacağıq. Xalqımız  adından ona bir daha təşəkkür edirəm'' deyib.

Xəbəri paylaş

VİDEOLAR