Bin Salmanın Ənsarullaha göndərdiyi məktubun məzmunu bəlli oldu

Bin Salmanın Ənsarullaha göndərdiyi məktubun məzmunu bəlli oldu

Səudiyyə vəliəhdi Bin Salmanın Ənsarullaha göndərdiyi məktubun məzmunu məlum olub

Rasthaber Azərbaycan xəbər verir ki, şənbə günü Sanaya gələn Oman heyəti, Səudi vəliəhdi şahzadə Məhəmməd bun Salmanın Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Husiyə məktubunu gətirib.
"Al Haber Yemen"in bildirdiyinə görə, Oman mənbələri Səud vəliəhdinin yeddinçi ilinə girən və əsrin fəlakəti adlandırılan Yəməndəki Səudiyyə müharibələrinin gələcəyi haqqındakı məktubunun mövzusunu açıqlayıblar.
Bu müəmmalı məktubda Omanlı mənbələrə görə, Sana Beynəlxalq Hava Limanı, əl-Hudeydə limanının yenidən açılması üçün hazırlıqlar da daxil olmaqla Səudiyyənin "geri çəkilmə"ləri, Yəmən Ordusu və Xalq Komitələrinin Maaribdəki və Səudiyyə Ərəbistanının dərinliklərindəki raket və PUA hücumlarını dayandırma qarşılığında Yəmənlilərə təcili humanitar yardım təklifi yer almaqdadır. http://az.rasthaber.com/
Omanlı mənbələr məktubun birbaşa Əbdülməlik Husiyə verildiyini bildiriblər.
Ənsarullah Hərəkatının sözcüsü və Yəmən Milli Qurtuluş Hökümətinin müzakirə heyətinin sədri Məhəmməd Əbdüssalam, yaxın tarixli bir Səudiyyə planına cavab olaraq, humanitar məsələlər ilə hərbi məsələlər arasında rabitə olmadığını ifadə etmişdi.
Əbdülməlik Husi də hərbi və humanitar məsələlərin ayrı olduğunu qeyd etmişdi.

Xəbəri paylaş

VİDEOLAR