Bəhreynlilər sionist İsraillə normallaşmaya etiraz ediblər

Bəhreynlilər sionist İsraillə normallaşmaya etiraz ediblər

Yüzlərlə bəhreynli Əl-Xəlifə rejiminin sionist rejimlə münasibətləri normallaşdırmasına etiraz edib.

Az.rasthaber.com xəbər verir ki, Bəhreynlilər cümə namazından sonra təşkil etdikləri yürüşdə Manama ilə Təl-Əviv arasında münasibətlərin normallaşmasına etiraz ediblər.

Bəhreynin müxalif hərəkatlarından olan Əl-Vəfaq Hərəkatının da iştirak etdiyi bu yürüşdə Bəhreyn xalqı Fələstin davasına dəstəklərini və işğalçı rejimə qarşı müqavimətini vurğulayıb.

Digər tərəfdən, Bəhreyn şiələrinin dini lideri Şeyx İsa Qasim də sionist rejimlər arasında münasibətlərin normallaşmasını pisləyib.

Xəbəri paylaş

VİDEOLAR