Bəhreyndən Fələstinə növbəti xəyanət: Bennetin təklifi qəbul edildi

Bəhreyndən Fələstinə növbəti xəyanət: Bennetin təklifi qəbul edildi

Bəhreyn Krallığının vəliəhdi Salman bin Həməd Al Xəlifə İsrail rejiminin baş naziri Naftali Bennetin səfər dəvətini qəbul edib.

Az.rasthaber.com “Report”-a istinadən xəbər verir ki, bunu Manamada krallığın xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zayani bildirib.

“Vəliəhd Bennettin İsrailə səfər etmək dəvətini qəbul etdi. İsrail Nazirlər Kabinetinin rəhbəri ilə danışıqlarda toxunulan mövzular arasında İranın nüvə proqramı və terrorizm olub”, - deyə o qeyd edib.

Bundan əlavə, diplomat vurğulayıb ki, Bennettin krallığa səfəri Bəhreyn və İsrail rejimi arasında münasibətlərin inkişafı üçün mühümdür.

Qeyd edək ki, sionist rejimin baş naziri Naftali Bennet ilk dəfə Bəhreynə rəsmi səfər edib. İsrail rejiminin başçısı Bəhreyn Krallığının vəliəhdi Salman bin Həməd Al Xəlifə, Bəhreynin yəhudi icmasının rəhbərləri, ABŞ-ın Beşinci Donanmasının komandanı, vitse-admiral Bred Kuper və bir sıra digər nazirlərlə görüşüb.

Xəbəri paylaş

VİDEOLAR