Bəhreyndə Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bu ölkədəki siyasi məhbusların ailələrində geniş həbslər həyata keçirib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri həmin ailələrin üzvlərini dinc aksiyalar keçirimək səbəbindən həbs ediblər.
Etirazçılar öz dinc aksiyalarında Ali-Xəlifə rejimi ilə müxalifətə görə, edama məhkum olunmuş siyasi məhbuslardan iki nəfərin azad olunmasını istəyiblər.
Bu arada Bəhreyn İslam hərəkatının rəhbəri Şeyx İsa Qasim Ali-Xəlifə rejimini bu ölkə xalqına qarşı hərəkətlərindən ibrət dərsi almağa çağırıb.